"Bəziləri "Xəzər Lənkəran"ı cavan olduğuna görə saymır"

"Bəziləri "Xəzər Lənkəran"ı cavan olduğuna görə saymır"
Topaz Premyer Liqasının XXX turu çərçivəsində keçirilən "Zirə" - "Xəzər Lənkəran" matçı 1:0 hesabı ilə bakılıların xeyrinə başa çatıb. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Adil Şükürov oyula bağlı fikirlərini səsləndirib.
"Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Ancaq inanıram ki gələn oyunlarda belə olmayacaq. Oyunumuzu düzəltməliyik. Ağır oyun oldu. Bəziləri "Xəzər Lənkəran"ı cavan olduğuna görə saymırlar. Ancaq bu gün hər bir heyətlə oynamaq və güc göstərmək olar. Demək olar ki, boş zona verilmədi. Ümumi götürəndə mövsümü başa vururuq. Hər bir futbolçunun bizimlə müqaviləsi var. Bonilya peşəkar futbolçudur. Mövsümün axırında hər bir futbolçu ilə danışacağıq. Özü ilə də danışmışıq. Hələ komandada qalacaq və getmək kimi bir fikri yoxdur".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər