"Beynimdə emosiyalar bir-birinə qarışır, inanılmazdır" - Vircil van Deyk

"Beynimdə emosiyalar bir-birinə qarışır, inanılmazdır" - Vircil van Deyk

"Liverpul"la müqavilə yeniləyən niderlandlı müdafiəçi Vircil van Deyk fikirlərini klubun rəsmi saytına bölüşüb.

Fanat.Az xəbər verir ki, 2 illik anlaşmaya qol çəkən kapitan belə danışıb:

"Çox şadam. Yeni anlaşma haqda düşünəndə beynimdə emosiyalar bir-birinə qarışır. Bu, inanılmazdır. "Liverpul"da daha iki il qalacağım üçün çox qürurulu və xoşbəxtəm. Nə etməli olduğumla bağlı heç vaxt şübhələrim olmayıb. Beynimdə "Liverpul"dan başqa variant yox idi".

Xatırladaq ki, 2018-ci ildən "Liverpul"un uğurları üçün çalışan van Deykin əvvəlki sözləşməsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər