"Bəxtimiz gətirdi ki, hesabı penalti ilə bərabərləşdirə bildik" - Massimiliano Alleqri

"Bəxtimiz gətirdi ki, hesabı penalti ilə bərabərləşdirə bildik" - Massimiliano Alleqri

İtaliya A Seriyasının 16-cı turunda "Komo"nu səfərdə 3:1 hesabı ilə məğlub edən "Milan"ın baş məşqçisi Massimiliano Alleqri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "DAZN Italia" belə çatdırıb:

"Biz topa nəzarət etməli olduğumuzu nəzərə alaraq dörd yarımmüdafiəçi ilə başladıq. Bu sxemdə Fofanaya daha çox ötürmə edilməsini planlaşdırmışdıq. Amma qol buraxandan sonra oyun planımız pozuldu. Təhlükəli əks-hücumlar buraxdıq. Onların təhlükəli ötürmələri də az olmadı. Reallıq budur ki, qapıçımız bizi xilas etdi. Güclü və təhlükəli "Komo" ilə görüşdə hesabı bərabərləşdirəndən sonra üç hücumçu ilə oynamağı uyğun saydımsa, önə keçincə əvvəlki sxemə qayıtdıq.

Bizim də "Komo" kimi başqa qol vəziyyətlərimiz oldu. Rəqib çox möhkəm kollektivdir. Nəyin bahasına olsa da, nəticə qazanmaq istəyirdi. Yaxşı oynadıq. Həm də bəxtimiz gətridi ki, hesabı penalti ilə bərabərləşdirə bildik. Hərçənd fasilədən sonra oyunun ssenarisi dəyişdi".

16 oyuna 43 xal toplayan "Milan" A Seriyasının turnir cədvəlində 2-ci pillədə mövqe tutub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər