“Rəqibi təbrik edirəm. "Neftçi" bu gün məğlubiyyətə layiq deyildi. Komanda qələbəyə yaxın idi. Məncə, bu gün biz daha yaxşı oynadıq”. Fanat.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.
Topaz Premyer Liqasının XXVI turu çərçivəsində öz meydanında “Kəpəz”lə qarşılaşan paytaxt klubunun çalışdırıcısı 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Ayltonda qeyri-adi nə var ki, bütün məşqçilər ona şans verir?
- Sol cinahda ən yaxşı variant odu. Birinci qolumuzu da Ayltonun ötürməsiylə vurduq.
- "Neftçi" turnir cədvəlində 7-ci pillədədi...
- Əlbəttə, komanda bu yerə layiq deyil. "Neftçi" kimi komanda bu pillədə olmamalıdı.
- Gələcəkdə radikal dəyişiklik gözlənilir?
- Bu komanda pis oynamır. Heyət üzvlərinin çoxu milli komandaların üzvləridi. Sadəcə, təşkilatçılıq çatmır.
- İki oyunda Maksim Vaylo qapını qorudu. Komanda bu oyunlarda uduzmadı. Bu oyunda isə Aqil Məmmədov ilk qolda səhvə yol verdi. Gələn oyunlarda yenə Maksimi əsas heyətdə görə bilərik?
- Hər şey ola bilər. Heç kim əsas heyətdə yerini təmin etməyib.
- Penalti epizodu barədə nə deyə bilərsiz?
- Mən həmin epizoda uzaq idim.
- Məhəmməd Qurbanovu əvvəlcə oyuna buraxmağı planlaşdırdsaz da, sonradan fikrinizdən daşındınız. O isə bundan sonra məşq geyimini yerə atdı...
- Onun hərəkətini görmədim. Belə bir şey olubsa, müəyyən tədbirlər görəcəyik.(komanda.az)
Fanat.az