"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

Dünən 1-ci Liqada yeni mövsüm start götürdü. İlk oyun günündə iddialı "Karvan-Yevlax" səfərdə "Baku Sportinq"i 3:0 hesabı ilə üstələdi. Bu matçda cərimə zərbəsindən baxımlı qol vuran hücumçu Samir Abdullayevlə əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyuna ciddi hazırlaşmışdıq. Meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmadığını da nəzərə alsaq, ilk matçın çətin keçəcəyini bilirdik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Şükürlər olsun ki, qələbə qazandıq. 

Qol vurduğum, komandamın qələbəsində pay sahibi ola bildiyim üçün çox xoşbəxtəm. Həm də belə baxımlı bir qol vurduğuma görə sevincliyəm. Növbəti matçlarda da rəqib qapılarına yol tapmaq, komandama kömək etmək istəyirəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər