Kiyev “Dinamo”sunun heyətində 5 dəfə SSRİ çempionu olmuş Viktor Serebryanikov yenə qalmaqallı açıqlama verib. Fanat.az xəbər verir ki, veteran futbolçu məşhur hakiminiz Tofiq Bəhramov haqda fikirlər səsləndirib.
"DÇ-66-nın İngiltərə - Almaniya finalına yan xətt hakimi Tofiq Bəhramovu təyin etdilər. Bu, hakim üçün böyük şərəfdi. Tarixə düşmək üçün Tofiq FIFA prezidenti Stenli Rouza çemodanla qara kürü və konyak daşıyırdı" deyə Serebryanikov bildirib.
Fanat.az