"Bayer"in baş məşqçisinə AĞIR CƏZA

"Bayer"in baş məşqçisinə AĞIR CƏZA

Almaniyanın "Bayer" klubunun baş məşqçisi Roger Şmidt 5 oyunluq cəzalanıb. Fanat.az xəbər verir ki, buna hakimin qərarına tabe olmaması səbəb olub.

Belə ki, Bundesliqanın 22-ci turu çərçivəsində keçirilən "Bayer" - "Borussiya" qarşılaşmasında matçın baş hakimi Feliks Zvayer Şmidti texniki zonadan tribunaya göndərsə də, o, buna əməl etməmişdi. Nəticədə Zvayer soyunub-geyinmə otağına yollanmışdı. Hakimlər Şmidtin tribunaya getməsindən sonra geri qayıtmışdı.

Ona verilən 5 oyunluq cəzanın ikisi ertələnib. Belə ki, növbəti dəfə çalışdırıcı qaydalara tabe olması cəza qüvvəyə minəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər