"Bayer Leverkuzen" Almaniya Bundesliqasının son turunda "Bayern" ilə matçda (1:1) dominant oyun tərzindən imtina etmək məcburiyyətində qalıb.
Fanat.Az xəbər verir ki, münhenlilər oyunda qələbəyə daha yaxın olaraq qapıya zərbələrin sayında qonaqları ciddi şəkildə üstələyiblər - 18:3.
"Opta"-nın məlumatına görə, bu, Xabi Alonsonun rəhbərliyi altında keçirilən 98 rəsmi matçda "Bayer"in rəqib qapısına endirdiyi ən az zərbədir.
İspan mütəxəssis "əczaçılar"ı 2022-ci ilin oktyabrından çalışdırır.
Alonsonun rəhbərlik etdiyi Leverkuzen klubu ötən mövsüm Bundesliqa və Almaniya kubokunu qazanıb, eyni zamanda Avropa Liqasının finalına yüksəlib.
Mirağa