"Bayern Münhen"in 21 yaşlı alman futbolçusu Camal Musiala komandasın növbəti oyununda meydana qayıtmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, “DailySports” Camalın artıq məşqləri bərpa etdiyini bildirib.
Musiala oktyabrın əvvəlində zədə alıb və o vaxtdan reabilitasiya kursu keçir. Futbolçunun ombasında problem yaranıb. O, "Ştutqart"la son matçı (4:0) buraxıb.
"Bayern Münhen" oktyabrın 23-də Çempionlar Liqasının 3-cü turunda səfərdə "Barselona" ilə qarşılaşacaq.
Mirağa