"Bayern"in 18 yaşlı istedadı üçün 100 milyon avro tələb olunur

"Bayern"in 18 yaşlı istedadı üçün 100 milyon avro tələb olunur

Münhen "Bavariya"sının 18 yaşlı istedadı Lennart Karl Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, "Liverpul", "Mançester Siti" və "Çelsi" ilə yanaşı, "Real Madrid" və "Barselona" da gənc futbolçunun xidmətində maraqlıdır.

"Liverpul" artıq oyunçunun nümayəndələri ilə qeyri-rəsmi təmaslar qursa da, Almaniya klubu öz ulduzunu satmaq niyyətində deyil.

Münhen təmsilçisi yalnız 100 milyon avroluq təklif gələcəyi təqdirdə transfer danışıqlarına başlamağı nəzərdən keçirə bilər. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər