"Bayern" milli üzvü ilə güclənir

"Bayern" milli üzvü ilə güclənir

"Bayern Münhen" "Yuventus"un və İtaliya millisinin hücumçusu Federiko Kyeza ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.

Mənbənin məlumatına görə, “Yuventus”la müqaviləsi bir ildən sonra başa çatacaq 26 yaşlı futbolçu Münhen klubunun cari transfer pəncərəsi üçün transfer siyahısında əsas namizəddir. "Bayern" futbolçu üçün 30-40 milyon avro təklif etməyə hazırdır. Kyeza keçən mövsüm bütün turnirlərdə "Yuventus"un heyətində 37 matça çıxaraq 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər