"Bayern" İsveçrə millisinin üzvünü klubundan ayırmağa çalışır

"Bayern" İsveçrə millisinin üzvünü klubundan ayırmağa çalışır

"Bayern Münhen" Fransa klubu "Monako"nun hücumçusu Brelya Embolonu transfer etməyə çalışır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.

Mənbənin məlumatına görə, Almaniya nəhəngi yaxında Embolo ilə danışıqlara başlamağı planlaşdırır. "Monako" forvardı saxlamaq niyyətində olsa da, münhenlilər həm Liqa 1 təmsilçisini, həm də Embolonu yola gətirəcəyinə inanır. İsveçrəlinin AÇ-2024-dəki çıxışını (5 oyunda 2 qol) görən klub rəhbərliyi onun komandanı gücləndirəcək futbolçu olduğuna əmin olub.

Forvard 2023/24 mövsümündə zədə səbəbindən cəmi 5 oyun keçirib və bir qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər