"Bayer Leverkuzen" Conatan Taya İtaliyada əvəzləyici tapdı

"Bayer Leverkuzen" Conatan Taya İtaliyada əvəzləyici tapdı

Bundesliqa çempionu "Bayer Leverkuzen" Conatan Tanın mümkün gedişindən sonra müdafiənin mərkəzindəki problemi yoluna necə qoyacağını müəyyənləşdirib. 

Fanat.Az "Kicker"-ə istinadən xəbər verir ki, "əczaçılar" “Yuventus”un 19 yaşlı oyunçusu Din Qüysenlə ciddi maraqlanır. 

Xəbərə görə, "Bayer" gənc mərkəz müdafiəçisinin keçidi üçün Turin klubuna 25-30 milyon avro ödəməli olacaq.

Gənc oyunçu ötən mövsümü icarə əsasında “Roma”da keçirib. O, paytaxt klubunda 14 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib ki, bu da almanlar tərəfindən qənaətbəxş hesab olunur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər