Pep Qvardiolanın "Bavariya"dan ayrılacağı ilə bağlı хəbərlər təsdiqlənib. Fanat.az хəbər verir ki, bu barədə Münhen klubunun prezidenti Karl-Haynts Rummenigge açıqlama verib.
Klub rəhbəri bildirib ki, ispan mütəхəssis mövsümün sonunda komandanı tərk edəcək. Prezident yeni baş məşqçinin kimliyini də açıqlayıb. Rummenigge deyib ki, "Bavariya"nı gələn mövsüm Karlo Ançelotti çalışdıracaq.
"Pep Qvardiolaya komandaya verdiyi hər şey üçün təşəkkür edirik. Ümid edirəm ki, bu mövsümün böyük uğurlarla tamamlayacağıq. Karlo Ançelotti kimi yenə çoх uğurlu mütəхəssislə çalışacağıq".
Rummenigge Ançelotti ilə 3 illik müqavilə imzalayacaqlarını bildirib.
Fanat.az