"Bavariya"nın braziliyalısı "Yuve"yə gedir

"Bavariya"nın braziliyalısı "Yuve"yə gedir

“Yuventus” yeni yarımmüdafiəçiylə güclənəcək. Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, turinlilər “Bavariya”nın braziliyalı futbolçusu Duqlas Kostayla razılığa gəlib. 

Keçid baş tutsa, 2015-ci ildə Donetsk “Şaxtyor”undan 25,5 milyon avroya transfer edilən 26 yaşlı Kosta "Yuventus"da ilə 6 milyon avro maaş alacaq. Münhenlilər Braziliya yığmasının üzvünə 50 milyon avro qiymət qoysa da, İtaliya klubu qarşı tərəfə 40 milyon avro ödəməyə hazır olduğunu bildirib.

 

Qeyd edək ki, Turin təmsilçisi bir müddət öncə “Sampdoriya”nın hücumçusu Patrik Şikini 30,5 milyon avroya alıb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər