"Bavariya"nın bir hissəsi satıldı

"Bavariya"nın bir hissəsi satıldı
"Bavariya" səhmlərinin 8.33 faizini satıb. Fanat.az xəbər verir ki, səhmləri Münhen klubunun ev oyunlarını keçirdiyi stadionun ad haqqına sahib olan "Allianz" sığorta şirkəti alıb. Şirkət buna görə, kluba 110 milyon avro ödəyib.
"Bavariya" bundan əvvəl iki dəfə səhmlərindən müəyyən hissəni satıb. Belə ki, 2001-ci ildə "Adidas" klubun 10 faiz səhminə 75, 2009-da "Audi" 9.09 faizinə 90 milyon avro ödəmişdi.
"Bavariya" "Allianz"dan aldığı pulu stadionun borcunu ödəməyə sərf edəcək. Bununla da klubun heç bir borcu qalmayacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər