Almaniya Bundesliqasında XXVIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, bu gün baş tutan oyunlarda "Bavariya"nın seriyası qırılıb.
Ötən tur çempionluğunu elan edən Münhen klubu "Hoffenhaym"ı qəbul edib. İlk yarıda 3:2 hesablı qələbə qazanan "Bavariya" matçı bir xalla başa vurub - 3:3. Bununla da Pep Qvardiolanın yetirmələri ardıcıl 20-ci qələbəni qazana bilməyiblər.
İkinci yer uğrunda mübarizə aparan "Borussiya" (Dortmund) isə "Ştutqart"ın qonağı olub. 20-ci dəqiqəyədək iki qol buraxan Yurgen Kloppun yetirmələri daha sonra 3 qol vuraraq qələbə qazanıblar.
Bu gün həmçinin "Maynts 05" "Auqsburq"u 3:0, "Volfsburq" "Ayntraxt"ı (Frankfurt) 2:1 hesabı ilə yenib, "Bayer" - "Ayntraxt" (Braunşveyq) matçı isə 1:1 hesabı ilə yekunlaşıb.
Fanat.az