Ötən mövsüm Almaniyada və Avropada bütün kuboklara qazanan "Bavariya"nın yüksəlişi davam edir. Fanat.az xəbər verir ki, ötən gün Çempionlar Liqasının "Mançester Siti" ilə səfər oyununda 3:1 hesablı qələbə qazanan Münhen klubunun statistik göstəriciləri də göz qamaşdırır.
Belə ki, "Bavariya" qatıldığı bütün yarışlarda meydana çıxdığı son 73 matçın 72-də qol vurub. Münhenlilər yalnız ötən mövsüm Çempionlar Liqasında "Arsenal" səfər oyununda qol vura bilməyərək 0:2 hesabı ilə yeniliblər.