“Çikaqo Fayr”ın yarımmüdafiəçisi, Almaniya yığmasının sabiq kapitanı Bastian Şvaynştayger 2015-ci ildə “Bavariya”dan “Mançester Yunayted”ə keçdiyi üçün peşman olmadığını deyib. Fanat.Az xəbər verir ki, Joze Mourinyo ilə dil tapa bilmədiyinə görə İngiltərədən ABŞ-a getmək məcburiyyətində qalan futbolçu belə deyib:
“Bavariya”da qalmağımın səbəbi Çempionlar Liqasında qələbə qazanmaq, kuboku başım üzərinə qaldırmaq idi. Bu arzuma 2013-cü ildə çatdım. “Mançester Yunayted”ə məni Lui van Qal aparmışdı. Hər şey yaxşı başladı. Təəssüf ki, sonradan diskvalifikasiya olundum və bir neçə dəfə zədə aldım. O komandada uzun müddət qalmağı çox istəyirdim. Alınmadı... İstənilən halda, İngiltərə Kubokunu qazandıq. Onu deyə bilərəm ki, Münhendən Mançesterə getdiyim üçün peşman deyiləm”.
Fanat.Az