"Bavariya"dan 40 milyonluq təklif

"Bavariya"dan 40 milyonluq təklif
Çempionlar Liqasının yarımfinalında "Atletiko"ya uduzan "Bavariya" transfer çalışmalarına başlayıb. Fanat.az xəbər verir ki, Münhen klubu "Roma"dan Miralem Pyaniçə elçi düşüb.
Gələn mövsüm komandanı çalışdıracaq Karlo Ançelotti bosniyalı ulduzu israrla istəyir. "Bavariya" "Roma"ya 40 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Miralem Pyaniç 2011-ci ildə Lion "Olimpik"indən "Roma"ya 11 milyon avroya keçib. 27 yaşlı yarımmüdafiəçi cari mövsümdə 39 rəsmi oyuna çıxıb, 11 qol vurub və 11 qol ötürməsi verib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər