"Bavariya"da Riberi şoku - FOTO

"Bavariya"da Riberi şoku - FOTO

Bundesliqada uğursuz start götürən və Karlo Ançelotti ilə yollarını ayıran "Bavariya" növbəti itki ilə üzləşib. 

Fanat.Az xəbər verir ki, klubun fransalı ulduzu Frank Riberi "Herta" ilə qarşılaşmada zədələnib və oyunu tərk etmək məcburiyyətində qalıb. 

Alman klubunun idman direktoru Həsən Salihamidziç "Frankın dəhşətli ağrıları var, ümid edirik ki, ciddi bir şey yoxdu" deyib. 

Təxminən 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı təxmin edilən futbolçunun dəqiq vəziyyəti tibbi müayinədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, mövsümün sonunda "Bavariya" ilə müqaviləsi bitəcək Riberi bu mövsüm keçirdiyi 9 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

"Bavariya"da Riberi şoku - FOTO

Gülşən

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər