"Bavariya" Çempionlar Liqasının 1/8 final mərhələsinin "Arsenal"la ilk oyununa tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Pep Qvardiola bu oyunda Frank Riberinin xidmətindən yararlana bilməyəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, fransız futbolçu zədəli olduğundan oyunu buraxacaq. Klubun həkimi Hans Müller-Vohlfahrt bildirib ki, ötən həftə əməliyyat olunan Riberinin vəziyyəti yaxşılaşır. O, gələn həftədən yüngül qaçışa başlayacaq.
Fanat.az