AZAL-ın düşərgəsinə yeni futbolçu gəlib. Fanat.az xəbər verir ki, Bakı klubu Boy Deulu baxışa dəvət eidb. Hazırda Bakıda olan holland futbolçu bu gündən məşqlərə başlayıb. Vaqif Sadıqov onunla bağlı yaxın günlərdə qərar verəcək.
Qeyd edək ki, Boy Deulun son iş yeri Belçika "Antverpen"i olsa da, o, bu komandanın əsas heyətində rəsmi oyuna çıxmayıb. 30 yaşlı holland hücumçudu. O, həm sağ, həm sol cinahlarda, həm də mərkəzdə oynaya bilir.
Deul karyerasına Hollandiyanın "Volendam" klubunda (2005-2006, 38 oyun, 12 qol) başlayıb. O, daha sonra vətənində "Villem II"nin formasını geyinib (2008-2010, 11 oyun). Boy 2010-cu ildə "Bavariya"ya transfer olunub. Lakin Münhen klubunun A komandasında debüt edə bilməyib və 2 il B komandasında çıxış edib (2010-2012, 43 oyun, 7 qol). 2012-ci ildə vətəninə dönən hücumçu "Veendam"ın uğurları üçün çalışıb (2012-2013, 25 oyun, 6 qol).
Deul 2009-cu ildə Niderland-Antiliaans, bir il sonra Kuraçaos yığmasından təklif alsa da, qəbul etməyib.
Fanat.az