"Bavariya"nın formasını geyinən futbolçuların maaşları açıqlanıb. Fanat.az xəbər verir ki, Münhen klubunda ən çox maaşı Frank Riberi və Mario Götze alır. Fransız və alman ulduzlar ildə 12 milyon avro qazanır.
Onları Filip Lamla Bastian Şvaynşteyger izləyir. Hər iki futbolçunun maaşı 10 milyon avrodu. "Bavariya"nın ən az maaş alan futbolçusu Dieqo Kontentodu. O, ildə klubdan 2 milyon avro alır.
Hesablamalara görə, "Bavariya" 2011/12 mövsümündə futbolçularına 165.6 milyon avro maaş verdiyi halda 2012/13 mövsümündə bu rəqəm 202.8 milyonav çatıb.
İllik gəliri 431.2 milyon avro olan və dünyanın ən çox qazanan klubları arasında 4-cü yeri tutan "Bavariya" Avropanın bəzi böyük klublarından daha az maaş ödəyir.
| № | Futbolçu | Maaş (mln. avro) | Müqaviləsi bitəcək |
| 1 | Frank Riberi | 12 | 30.06.2017 |
| 2 | Mario Götze | 12 | 30.06.2017 |
| 3 | Filip Lam | 10 | 30.06.2016 |
| 4 | Bastian Şvaynşteyger | 10 | 30.06.2016 |
| 5 | Tomas Müller | 8 | 30.06.2017 |
| 6 | Tiaqo Alkantara | 8 | 30.06.2017 |
| 7 | Manuel Neuer | 7 | 30.06.2016 |
| 8 | Aryen Robben | 7 | 30.06.2015 |
| 9 | David Alaba | 7 | 30.06.2018 |
| 10 | Xavi Martines | 6 | 30.06.2017 |
| 11 | Jerome Boatenq | 6 | 30.06.2018 |
| 12 | Daniel van Buyten | 5 | 30.06.2014 |
| 13 | Mario Mandzukiç | 5 | 30.06.2016 |
| 14 | Rafinya | 5 | 30.06.2017 |
| 15 | Toni Kroos | 4.5 | 30.06.2015 |
| 16 | Klaudio Pizarro | 4.5 | 30.06.2014 |
| 17 | Dante | 3.5 | 30.06.2016 |
| 18 | Holger Badstuber | 3.5 | 30.06.2017 |
| 19 | Xerdan Şaqiri | 2.5 | 30.06.2016 |
| 20 | Dieqo Kontento | 2 | 30.06.2016 |
Fanat.az