“Bavariya”nın kapitanı Filipp Lam mövsümün sonunda butslarını mıxdan asmağı planlaşdırır. Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçu şərəfini qoruduğu klubda Mattias Zammerin gedişindən sonra boş qalan idman direktoru postunu tutacaq.
Filipp münhenlilərin əsas komandasında 2002-ci ildən oynayır. Ulduz müdafiəçi Feliks Maqat “Bavariya”da baş məşqçi olduğu dönəmdə bir müddət icarə əsasında “Ştutqart”da da top qovub. O, 8 dəfə Almaniya çempionluğunu, 7 dəfə ölkə kubokunu qazanıb. 2013-cü ildə Çempionlar Liqası kubokunu başı üzərinə qaldıran Lam DÇ-2014-də dünya çempionluğunu bayram edəndən sonra milli formayla vidalaşmışdı.
Daha öncə “Bild” nəşri digər “Bavariya”lı veteranın – Xabi Alonsonun da mövsümün sonunda karyerasını bitirmək fikrini qətiləşdirdiyi haqda informasiya yaymışdı.
Fanat.Az