"Bavariya"da bir dövr qapanır - Şok qərar

"Bavariya"da bir dövr qapanır - Şok qərar

2012-ci ildən etibarən Bundesliqada hakimiyyət quran "Bavariya" radikal qərar verib. Fanat.Az xəbər verir ki, alman klubu gələn mövsümdən etibarən transferlərə verdiyi önəmi futbol akademiyasına verəcək.

Bu barədə klub prezidenti Uli Hoeness Almaniya mətbuatına açıqlamasında bildirib: "Bavariya"da yeni bir dönəm başlayır. Artıq transferlər azalacaq, gənc oyunçularımıza diqqət ayıracağıq".

Uzun müddətdi futbol akademiyasına yatırım qoyduqlarını və bunun "meyvələri"ni almağa başladıqlarını bildirən Hoeness bununla da Almaniya millisinə xeyir verəcəklərini deyib.

Qeyd edək ki, "Bavariya"nın gələn mövsümdən etibarən Fabian Benko, Adrian Fein, Rafael Obermair və Marko Friedl kimi futbotlçulara əsas heyətdə daha çox şans verməsi gözlənilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər