"Bavariya" sensassiyaya imkan vermədi - VİDEO

"Bavariya" sensassiyaya imkan vermədi - VİDEO
Çempionlar Liqasının 1/4 final mərhələsinin son iştirakçısı müəyyənləşib. Fanat.az xəbər verir ki, "Bavariya" ötən mövsümün finalçısı "Yuventus"u mübarizədən kənarlaşdıraraq adını ən güclü 8 komanda arasına yazdırıb.
Komandalar arasındakı ilk oyun 2:2 hesabı ilə başa çatmışdı. Münhendəki qarşılaşmanın ilk yarısında qonaqlar 2:0 hesablı üstünlük əldə etsə də, "Bavariya" ikinci hissədə bərabərliyi təmin edib. Bu səbəbdən qalib əlavə vaxtda müəyyənləşib. Əlavə 30 dəqiqədə 2 qol vuran almanlar 4:2 hesablı qələbə qazanaraq mərhələ adlayıb.
Qeyd edək ki, bundan əvvəl "Real" (İspaniya), "Atletiko" (İspaniya), "Barselona" (İspaniya), "Volfsburq" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Benfika" (Portuqaliya) və PSJ (Fransa) 1/4 finala çıxıb. Son vəsiqənin sahibi "Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya) oyununda müəyyənləşəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər