"Bavariya" Moskvada şok yaşadı

"Bavariya" Moskvada şok yaşadı

Çempionlar Liqasının qrup mərhələsinin II turunda Moskvada MOİK-in qonağı olacaq Münhen "Bavariya"sı xoşagəlməz olayla üzləşib. Fanat.az xəbər verir ki, klubun bütün üzvləri yerləşdikləri oteldən evakuasiya edilib.

Buna səbəb "Rits Karlton"da yanğına qarşı siqnalizasiyanın işə düşməsi olub. Almaniya təmsilçisinin bütün üzvləri yaxındakı restorana yerləşdirib.

Bir müddət sonra siqnalizasiyanın texniki nasazlıq üzündən işə düşdüyü aşkarlanıb və "Bavariya"nın nümayəndə heyəti otelə qaytarılıb.

Qeyd edək ki, yaranmış hadisəyə görə "Bavariya"ya kompensasiya ödəniləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər