"Bavariya" dünyanın ən böyüyü oldu - VİDEO

"Bavariya" dünyanın ən böyüyü oldu - VİDEO
Klublarası dünya çempionatına yekun vurulub. Fanat.az xəbər verir ki, ötən axşam üçüncü yer uğrunda oyun və final matçı keçirilib.
Üçüncü yer uğrunda Braziliya "Atletiko Mineyro"su Çinin "Quanqzou Everqrande" klubunu sınağa çəkib. Oyun braziliyalıların qələbəsi ilə yekunlaşıb - 2:3.
Finalda isə Çempionlar Liqasının və Avropa Super Kubokunun qalibi "Bavariya" meydan sahibi "Raja Kasablanka"nı sınağa çəkib. Alman klubu Dante və Tiaqo Alkantaranın qolları ilə 2:0 hesablı qələbə qazanaraq dünyanın ən böyüyü olub.
Qeyd edək ki, "Bavariya" ilk dəfə klublararası dünya çempionluğuna sahib çıxıb. 
3-cü yer uğrunda oyun
Quanqzou Everqrande (Çin) - Atletiko Mineyro (Braziliya) 2:3
Qollar: Luis Silva, 9. Leonardo Qonsa, 15-pen - Dieqo Tardelli, 2. Ronaldinyo, 45. Luan, 90+2.
Final
Bavariya (Bavariya) - Raja Kasablanka (Mərakeş) 2:0
Qollar: Dante, 7. Tiaqo Alkantara, 22.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər