"Bavariya" daha bir rekord qırdı

"Bavariya" daha bir rekord qırdı
"Bavariya" növbəti rekorda imza atıb. Fanat.az xəbər verir ki, Münhen klubu məğlubiyyətsiz oyunlar seriyasını 37-yə çatdırıb. 
Ötən gün Bundesliqanın XII turu çərçivəsində "Auqsburq"u 3:0 hesabı ilə yenən "Bavariya" ardıcıl 37-ci oyununda meydanı məğlubiyyətsiz tərk edib. Bununla münhenlilər "Hamburq"un 1981/81 və 1982/83 mövsümlərdəki 36 oyunluq rekordunu qırıb.
Qeyd edək ki, "Bavariya" sonuncu dəfə ötən ilin 28 oktyabrında "Bayer"ə 1:2 hesabı ilə yenilib. Həmin vaxtdan sonra baş tutan 37 oyundan 31-də qələbə qazanan komanda 6 dəfə heç-heçə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər