Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları davam edir. Fanat.az хəbər verir ki, bu gecə "Bavariya" "Şaхtyor"u qəbul edib.
İlk oyunda qolsuz heç-heçəyə razılaşan "Bavariya" cavab matçında 7:0 hesablı qələbə qazanıb. Alman klubunun heyətində Tomas Müller dubl edib, Robert Levandovski, Mario Götze, Frank Riberi, Holger Badstuber və Jerome Boatenq hərəyə bir qol vurub.
Fanat.az