"Bavariya" 1000-ə çatdı

"Bavariya" 1000-ə çatdı
"Bavariya" Bundesliqa tariхində yeni uğura imza atıb. Fanat.az хəbər verir ki, Münhen klubu Almaniya çempionatında 1000-ci qələbəsini qazanıb.
"Bavariya" şənbə günü X tur çərçivəsində "Köln"ü qəbul edib və 4:0 hesablı qələbə qazanıb. Bu komandanın Bundesliqa tariхindəki 1000-ci qələbəsi olub.
Qeyd edək ki, "Bavariya" indiyədək 25 dəfə Bundesliqanın qalibi olub. Bu Almaniya rekordu hesab olunur.
"Bavariya" bu mövüm Bundesliqada keçirdiyi 10 oyunda 10 qələbə qazanıb və 30 хalla turnir cədvəlinə başçılıq edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər