"Başqa qol epizodu xatırlamıram" - Rəşad Sadıqov

"Başqa qol epizodu xatırlamıram" - Rəşad Sadıqov

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olan "Zirə"nin baş məşqçisi görüşü dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, matçla bağlı belə danışıb:

"Kuboka xas oyun oldu. Qol epizodu baxımından kasad matç alındı. Hər iki komanda mübarizə apardı. Küləkli hava da futbolçulara mane olurdu. Ona görə də baxımlı futbolun şahidi olmadıq. Kubok oyunları bu şəraitdə keçir. Penaltidən qol buraxdıq. Başqa qol epizodu xatırlamıram. Biz də epizodlara girə bilmədik. İlk oyundan sonra rəqib öndədir. Biz də udsaydıq, ikinci matçda eyni ssenari olacaqdı. "Araz-Naxçıvan" çox az qol buraxır. Etibarlı müdafiə olunmağı bacarırlar. Ola bilər ki, əziyyət çəkək. Çalışacağıq ki, evdəki matçda nəticə əldə edək, mərhələ adlayaq. Qalib gəlmək istəyirik. Sıx qrafikdə oynayırıq. Cavab matçından sonra Tovuzda oynayacağıq. Çox güc sərf edəcəyik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər