"Başqa bir gündə bu oyunu, şübhəsiz ki, qazana bilərdik" - Harri Keyn

"Başqa bir gündə bu oyunu, şübhəsiz ki, qazana bilərdik" - Harri Keyn

İngiltərə millisinin kapitanı Harri Keyn İspaniyaya 2:3 hesabı ilə məğlub olduqları UEFA Millətlər Liqasının oyunundan sonra açıqlama verib. Fanat.Az xəbər verir ki, informasiyanı "SoccerNews" yayıb. Keyn bildirib ki, İngiltərə dünya və Avropa çempionlarına qarşı bərabər səviyyədə mübarizə aparıb. “Dünya və Avropa çempionlarına qarşı oynayırdıq. Onlarla başabaş mübarizə apardıq. Başqa bir gündə bu oyunu, şübhəsiz ki, qazana bilərdik”, - deyə Keyn bildirib. O, komandanın oyundan müsbət məqamlar çıxarmalı olduğunu vurğulayıb: “Müsbət məqamları özümüz üçün götürməliyik. Özümüzü toparlamalı və bir neçə gün sonra yenidən mübarizəyə qayıtmalıyıq”. Keyn həmçinin İngiltərənin uzun müddətdir nümayiş etdirdiyi ən yaxşı futbol səviyyələrindən birini göstərdiyini qeyd edib. Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər