"Barsa"ya "yox" dedi, "Real"a getdi

"Barsa"ya "yox" dedi, "Real"a getdi

Adı “Barselona” və “Mançester Yunayted”lə yanaşı çəkilən “Monako”nun forvardı Kilian Mbappe növbəti mövsümdən Madrid “Real”ında oynayacaq. Fanat.Az xəbər verir ki, bu iddia ünlü “Marka” nəşrinə məxsusdu.

 

Mənbə “Real” təmsilçilərinin Fransaya gedərək gənc hücumçunun valideynləriylə görüşdüyünü və tərəflər arasında razılıq əldə olunduğunu vurğulayıb. Mbappenin keçidində həmyerlisi Zinəddin Zidanın xüsusi rol oynadığı qabardılıb. Artıq 18 yaşlı oyunçuya görə madridlilər knyazlıq klubuyla da danışıqlara başlayıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər