İngiltərə çempionu olan "Baku United" futzal klubu UEFA Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib. Fanat.az xəbər verir ki, B qrupunda mübarizə aparan komanda Albaniya çempionu "Ali Demi"ni 4:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, B qrupunun oyunları Polşanın Krakov şəhərində keçirilir. Şənbə günü "Baku United" həlledici oyuna çıxacaq. Belə ki, "bakılılar"ın rəqibi meydan sahibləri, Polşa çempionu "Visla" olacaq. Polşalılar ilk oyunda "Ali Demi"yə 5:0 hesabı ilə qalib gəlib. Beləliklə, "Visla" - "Baku United" oyununun qalibi B qrupundan UEFA Kbokunun növbəti mərhələsinə yüksələcək.
Fanat.az