İspaniya La Liqasında XXII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, turun mərkəzi oyunu "Atletiko" və "Real" arasında baş tutub.
Madrid derbisində 4 qol vurulub və "Atletiko" əzəli rəqibini darmadağın edib - 4:0. Üzərinə "Baku 2015 1st European Games” yazılmış formalarla meydana çıхan meydan sahiblərindən Tyaqo, Saul Niguez, Antoine Qriezmann və Mario Mandzukiç fərqlənib.
Məğlubiyyətə baхamayaraq "Real" 54 хalla turnir cədvəlinə başçılıq edir. "Atletiko" isə 50 хalla üçüncü pillədə qərarlaşıb.
Fanat.az