"Ayntraxt"dan ayrılan Emil Balayevin yeni klubu bəlli oldu

"Ayntraxt"dan ayrılan Emil Balayevin yeni klubu bəlli oldu

Almaniyanın "Ayntraxt"dan klubundan ayrılan Emil Balayevin yeni klubu müəyyənləşib. Sport7.az xəbər verir ki, millimizin üzvü karyerasını Azərbaycanda davam etdirəcək.

Sport7.az saytının əldə etdiyi məlumata görə, gənc əlcək sahibi yetirməsi olduğu "Neftçi" ilə anlaşıb. Tərəflər arasında razılıq əldə olunduğu üçün, Balayev bakılıların Boludakı təlim-məşq toplanışına qatılacaq. 

Qeyd edək ki, "Neftçi" 2014-cü ilin qışında heyətinə cəlb etdiyi qapıçı Aqil Məmmədovla başa çatan müqaviləni yeniləməyərək onunla yolları ayırıb. Buna görə də "ağ-qaralar" yaranan boşluğu Emil Balayevin hesabına doldurmağa çalışır.

Xatırladaq ki, Balayev 2015-ci ilin əvvəlində Frankfurt təmsilçisinə məhz "Neftçi"dən keçmişdi. Əgər qolkiper alman klubundan başqa bir komandaya transfer olunsaydı, bu keçiddən əldə ediləcək gəlirin 20-30 faizi "Neftçi"yə ödəniləcəkdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər