"Ayntraxt" Emil Balayevlə yolları ayırmaq istəyir

"Ayntraxt" Emil Balayevlə yolları ayırmaq istəyir

Almaniyanın “Ayntraxt” klubu 4 futbolçusu ilə yolları ayırmağı planlaşdırır.

Qol.Az-ın  "Frankfurt" qəzetinin saytına istinadən yaydığı xəbərə görə, bu oyunçular arasında  millimizin qapıçısı Emil Balayevin də adı var.

 

 “Ayntraxt”ın baş məşqçisi Armin Fe yay fasiləsində 4 futbolçunun - Emil Balayev, Slobodan Medoyeviç, Vaslav Kadlets və David Kinsombi  ya satılmasını, ya da icarəyə verilməsini istəyib.  Ancaq sözügedən futbolçular üçün heç bir klubdan təklif göndərilməyib.

Almaniya mətbuatı E.Balayev və digər futbolçuların bu mövsüm əsas heyətdə yer almaq şanslarının çox az olduğunu yazıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər