"AVRO-2016": UEFA daha bir oyunu nəzarətə götürdü

"AVRO-2016": UEFA daha bir oyunu nəzarətə götürdü
UEFA "AVRO-2016"nın 1/4 final mərhələsində keçirilən Polşa - Portuqaliya oyunu ilə bağlı intizam işi açıb.
 
Fanat.az xəbər verir ki, Polşa tərəfi azarkeşlərin meydana pirotexniki maddələr atmasında və oyunun başlamasını gecikdirməkdə ittiham olunur. Portuqaliya tərəfi isə azarkeşlərin pirotexniki vasitələrin istifadəsinə və oyun zamanı azarkeşin meydana daxil olmasına görə məsuliyyət daşıyır.
 
İyulun 22-də intizam işi ilə bağlı yekun qərar çıxarılacaq.
 
Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Qalib penalti seriyasında daha dəqiq oynayan Portuqaliya millisi olub (5:3).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər