"AVRO-2016": Robbi Bredidən rekord

"AVRO-2016": Robbi Bredidən rekord

İrlandiya millisinin üzvü Robbi Bredi rekorda imza atıb. Fanat.az xəbər verir ki, futbolçu Fransa ilə oyunda ən erkən qola imza atıb.

O, qarşılaşmanın 3-cü dəqiqəsində təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Bu Avropa çempionatları tarixinin ən erkən penalti qolu olub. 

Robbi Bredi həm də turnir tarixinin ən erkən ikinci qolunun da müəllifinə çevirilib. Avropa çempionatının ən erkən qolunu isə 2004-cü ildə Portuqaliyada keçirilən yarışan Rusiya - Yunanıstan oyununda rus Dmitri Kiriçenko vurub. O, 2-ci dəqiqədə fərqlənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər