Avropa çempionatının İspaniya - Türkiyə matçında gözlənilməz hadisə baş verib. Fanat.az xəbər verir ki, matçın gedişində bir azarkeş meydana çıxıb.
İspaniyanın 2-ci qolundan sonra qazona çıxan türk fanat etirazını bildirmək üçün Fatih Terim və futbolçuların oturduğu ehtiyat oyunçular skamyasına tərəf qaçıb. Bu zaman o, baş məşqçi və futbolçuları təhqir edib. Azarkeşi təhlükəsizlik əməkdaşları meydandan kənarlaşdırıb.
Fanat.az