"AVRO-2016" azarkeşsiz keçirilə bilər" - UEFA

"AVRO-2016" azarkeşsiz keçirilə bilər" - UEFA
Brüsseldəki terror aktlarından sonra bu ilin yayında Fransada keçiriləcək Avropa çempionatının tamaşaçısız keçirilməsi və ya təxirə salınması məsələsini yenidən gündəmə gətirib.
Fanat.az xəbər verir ki, məsələ ilə bağlı UEFA-nın vitse-prezidenti Giankarlo Abete açıqlama verib. İtaliya radiosuna danışan qurum rəsmisi oyunların azarkeşsiz keçirilə biləcəyini deyib: 
"İdman yarışları insanların təhlükəsizli müzakirə mövzusu olan zaman ikinci planda qalır. CAR-da və Braziliyada keçirilən dünya çempionatları zamanı baş verən olaylar və sosial gərginliklərə görə fərqli səbəblərdən olsa da, təhlükəsizlik riski var idi. Təəssüflər olsun ki, dünya idmanı bunu yaşamaq məcburiyyətində qalıb. Oyunların bağlı qapılar arxasında keçirilməsi riski hər zaman var. Amma turniri başqa tarixə keçirmək mümkün deyil". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər