"Ağsu" "Turan-T"yə partladı, "Araz" xal itirdi

"Ağsu" "Turan-T"yə partladı, "Araz" xal itirdi
I divizionda XXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub. "Şəmkir" səfərdə "Energetik"i 3:0 hesabı ilə üstələyib. "Lokomotiv" isə "Mil-Muğan"la heç-heçə oynayıb - 1:1.
İkinci oyun günündə üç matç keçirilib. "Neftçala" "Qaradağ"ı qəbul edib. Lökbatan təmsilçisi əsas vaxtı qalib başa vursa da, neftçalalılar əlavə dəqiqələrdə iki qol vuraraq qələbə qazanıb - 2:1. "Şahdağ" doğma meydanda "Kəpəz"i 2:0 hesabı ilə üstələyib. "Karvan" isə "Bakılı"nı tək qolla yenib. 
Qalan üç oyun bu gün baş tutub. MOİK evdə "Göyəzən"i 3:0 hesabı ilə yenib. Tura "Ağsu" "Turan-T"ni 7:1 hesabı ilə darmadağın edib. Lider "Araz Naxçıvan" isə "Şuşa" ilə səfər matçında xal itirib - 1:1.
I divizion
2013/14 mövsümü
II dövrə, XXI tur
14 mart
Lokomotiv - Mil-Muğan 1:1
Qollar: Vasif Rzayev, 90+3 - Sabir Allahquliyev, 86.
Energetik - Şəmkir 0:3
Qollar: Anar Rzayev, 67. Ramil Sadıqov, 70. Elxan Əzizov, 81.
15 mart
Şahdağ - Kəpəz 2:0
Qollar: Sərxan Ağayev, 34. İsabala İsrafilov, 50.
Bakılı - Karvan 0:1
Qol: Azər Səfərli, 51.
Neftçala - Qaradağ 2:1
Qollar: Qasan Qasanov, 90+2. Rüfət Musayev, 90+3 - Rüfət Məmmədov, 61.
16 mart
MOİK - Göyəzən 3:0
Qollar: Məhəmməd Bədəlbəyli, 3. Fərman Ədilov, 10. Orxan Müzəffərli, 57.
Şuşa - Araz Naxçıvan 1:1
Qollar: Əhməd Ticani, 53 - Əlimirzə Daşzərini, 72.
Ağsu - Turan-T - 7:1
Qollar: Natiq Kərimi, 8-pen. Tural Rzayev, 11. Fərmayıl Əliyev, 17. Qalib Əmrahov, 24; 28. Nicat Tağıyev, 57. Malik Babayev, 60 - Kamil Xanıyev, 75.

1

Araz

21

18

2

1

38-7

56

2

Neftçala

21

15

2

4

56-13

47

3

Qaradağ

20

14

4

2

37-7

46

4

Ağsu

21

11

4

6

31-18

37

5

Şahdağ

21

11

4

6

40-14

37

6

Karvan

21

10

4

7

33-39

34

7

Şuşa

20

9

7

4

38-17

34

8

Turan-T

21

9

4

8

35-31

31

9

Lokomotiv

21

9

2

10

32-38

29

10

MOİK

21

7

6

8

27-33

27

11

Mil-Muğan

21

7

4

10

19-25

25

12

Şəmkir

20

5

5

10

17-28

20

13

Bakılı

20

4

5

11

20-36

17

14

Kəpəz

21

4

3

14

18-27

15

15

Göyəzən

21

2

1

18

9-62

7

16

Energetik

21

1

3

17

6-61

6

Bombardirlər: Sərxan Ağayev (Şahdağ) - 16. Əli Bağırov (Karvan) - 15. Elvin Adışirinli (Neftçala/Şuşa) - 14. David Canalidze (Araz Naxçıvan) - 12. Ceyhun Abdullayev,  (Neftçala), Məhəmməd Bədəlbəyli (MOİK) - 10. Tural Qürbətov (Lokomotiv) - 9. Novruz Ələkbərov (Qaradağ) - 8.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər