"Astana" və "Başakşəhər" ÇL-in qapısını bərk çırpdı- GECƏNİN NƏTİCƏLƏRİ

"Astana" və "Başakşəhər" ÇL-in qapısını bərk çırpdı- GECƏNİN NƏTİCƏLƏRİ

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları başlayıb. Fanat.Az xəbər verir ki, bu gecə 5 duel reallaşıb.

 

Öncə Şotlandiyada "Seltik"ə 0:5 hesabı ilə yenilən "Astana" belə desək, ÇL-in qapısını bərk çırpıb. Qazaxıstan təmsilçisi öz meydanında 4:3 hesablı qələbə qazansa da, bu nəticə yerli azarkeşlər üçün yalnız xoş təsəlli sayılıb.

 

“Başakşəhər” evdə uduzduğu “Sevilya” ilə səfərdə 2:2 hesablı bərabərə qalıb və qitənin ən nüfuzlu klub turniri ilə başıuca vidalaşıb.

 

 

 

 

 "Astana" (Qazaxıstan) – “Seltik” (Şotlandiya) - 4:3

Qollar: Ayer, 26 (avtoqol); Mujikov, 48; Tvumasi, 49, 69 - Sinkleyr, 34; Ntçam, 80; Qriffits, 90

İlk oyun – 0:5

 

"Riyeka" (Xorvatiya) – “Olimpiakos” (Yunanıstan) - 0:1

Qol: Marin, 25

İlk oyun – 1:2

 

"Maribor" (Sloveniya) – "Hapoel" (Beyer-Şeva, İsrail) - 1:0

Qol: Viler, 15

İlk oyun - 1:2 

 

“Sevilya” (İspaniya) – "Başakşəhər" (Türkiyə)- 2:2

Qollar: Eskudero, 52; Ben Yedder, 75 - Elia, 17; Viska, 83 

İlk oyun - 2:1

 

 "Nitsa" (Fransa) – “Napoli” (İtaliya) - 0:2

Qollar: Kalyexon, 48; İnsinye, 89

İlk oyun - 0:2

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər