"Liverpul"un keçmiş futbolçusu, hazırda ekspert qismində fəaliyyət göstərən Ceymi Karraqer "Mançester Yunayted"in müdafiəçisi Matteys de Liqtin oyunundan narazı olduğunu bildirib .
Fanat.Az xəbər verir ki, "Daily Sport" onun dediklərini belə təqdim edib:
“Başa düşmürəm ki, niyə boş mövqeləri doldurmurlar, sağ cinahda boşuna hərəkət edirlər - mən bunu tez-tez görürəm. Arxasındakı hücumçunun sanki ona heç bir aidiyyatı yoxdur. İrəli çıxmaq (Lisandro) Martinesin işidir. Əgər Martines irəli çıxırsa, de Liqt də gedir. Halbuki, bir-birini sığortalamalıdırlar”.
Xatırladaq ki, de Liqt bu ilin avqustunda “Bayern Münhen”dən “Mançester Yunayted”ə keçib. Müqavilənin müddəti sonradan bir il uzadılması şərti ilə, beş illikdir. Müdafiəçinin transferi əlavə ödəniş kimi 45 milyon avro + 5 milyon avro təşkil edib.
Sentyabrın 29-da İngiltərə çempionatının 6-cı turunun "Mançester Yunayted" - "Tottenhem" matçı keçirilib, oyun 0:3 hesabı ilə londonluların xeyrinə başa çatıb.
Mirağa