"Arsenal" "Real"ı parçalamaq istəyir

"Arsenal" "Real"ı parçalamaq istəyir

"Arsenal"ın baş məşqçisi Arsen Vengerin qış "transfer pəncərəsi" dövründə sərəncamında görmək istədiyi futbolçular müəyyənləşib. Fanat.az xəbər verir ki, İspaniyada ən çox izlənilən televiziya proqramlarından olan "Punto Pelota" fransız mütəxəssisin "Real"ın iki üzvünü hədəfə alması barədə xəbər yayıb.

Məlumata görə, Venger Kərim Benzema və Rafael Varanenin transferini istəyir. "Arsenal" adıçəkilən futbolçuların transferi üçün qışda "Real"la danışıqlara başlayacaq.

Qeyd edək ki, "topçular" yayda "Real"dan Mesut Özili transfer edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər