"Arsenal" heyətini gücləndirdi

"Arsenal" heyətini gücləndirdi

“Arsenal” “Kristal Pelas”dan yarımmüdafiəçi Ebereçi Ezeni transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klubun rəsmi açıqlamasında qeyd olunub:

“Ebereçi 10 nömrəli formanı geyinəcək və bu həftəsonu "Lids Yunayted"lə oyundan sonra yeni komanda yoldaşlarına qoşulacaq. "Arsenal"da hər kəs onu komandada salamlayır. Transferin tamamlanması normativ prosedurların yekunlaşmasına bağlıdır”.

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm 43 oyunda çıxış edərək, 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər