"Ardıcıl ikinci dəfə finala çıxsaq..." - Harri Keyn

"Ardıcıl ikinci dəfə finala çıxsaq..." - Harri Keyn

İngiltərə millisinin hücumçusu Harri Keyn futbol üzrə Avropa çempionatının yarımfinalında bu gün Niderland seçməsinə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:

"Bizim həyata keçirmək istədiyimiz məqsədimiz var. Hədəfimiz gücümüzlə uzlaşan hədəfdir. Məqsədimizə addım-addım yaxınlaşırıq. Ardıcıl ikinci dəfə finala çıxsaq, bu, bizim üçün çox böyük uğur olacaq. Bu istəyimizi reallaşdırmaq imkanımız var".

Qeyd edək ki, Niderland - İngiltərə matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər