"Araz"ın UEFA kubokunda oyunlarının vaxtı açıqlandı

"Araz"ın UEFA kubokunda oyunlarının vaxtı açıqlandı
Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarının vaxtı açıqlanıb.Fanat.Az xəbər verir ki, H qrupunda mübarizə aparacaq Azərbaycan çempionu “Araz” oktyabrın  11-də Bosniya və Herseqovinanın “Mostar” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oktyabrın 12-də isə təmsilçimiz  Maltanın “Luksol Sent Endryu” klubu ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Naxçıvan təmsilçisi oktyabrın 14-də son turun oyununda “Deva” (Rimıniya)ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.Qeyd edək ki, "Araz"ın hər üç oyunu Rumıniyada keçiriləcək.Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər